Günay 2015-ci ildə görmə qabiliyyətini tamamilə itirdi. Əvvəl-əvvəl "daimi qaranlıq dəhşətli idi" - deyə, o xatırlayır. Bir neçə il sonra Günay əlilliyi olan aktyorlar üçün bir teatrda aktrisa olmağa qərar verdi və özünü başqa bir dünyanın içində tapdı. O, həyatındakı bu mərhələni qaranlıq dünyadan işıqlı dünyaya keçid kimi yada salır.
müəlliflər
Gulər Abbasova
Müəllifin materialları
Qaragilə
Azərbaycanda gender problemləri ilə bağlı ilk vizual nümunələrə 20-ci əsrin əvvəlində “Molla Nəsrəddin” jurnalında rast gəlmək olurdu. Bu satirik jurnalda Azərbaycan qadınlarının ölkənin patriarxal cəmiyyətində üzləşdiyi özbaşınalıq, savadsızlıq və erkən nikah kimi problemlər siyasi karikaturalar vasitəsilə ictimailəşdirilirdi. Bu, ölkədə sənətçilər üçün radikal dəyişiklik idi; buna qədər isə Azərbaycanda incəsənət Təbriz miniatür məktəbinə əsaslanan rəsmlər və portretlərin hegemonluğu altında idi.
Dəyişən qadın təsviri: patriarxata qarşı incəsənət
68 yaşlı Raisa Fərzəlizadə Masallı rayonu Musaküçə kəndində yaşayan həsir toxucusudur.
Masallı qadınları həsirtoxuma sənətini bu gün də yaşadır - burada qadınların fəaliyyəti əsasən ev işləri ilə məhdudlaşsa da, həsirçilik onların gəlir əldə etmə üsullarından birinə çevirilib.
Son 45 ildir ki, Raisa Fərzəlizadə həsir toxuyaraq ailəsini saxlayır. İşinin ağır olmasına və təqaüdə çıxmasına baxmayaraq, o, hələ də toxumağa davam edir.
Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.
Qadın əməyi: həsirtoxuma
54 yaşlı Əfqan Məhərrəmov 20 ilə yaxındır Bakının mərkəzi küçələrində taksi sürür. O, ailəsinin yeganə gəlir mənbəyidir. Ancaq bir çox klassik taksi sürücüsü kimi, o da yeni texnologiyadan – mobil tətbiqlərdən yararlanan şirkətlərlə rəqabətə girə bilmir. Məhərrəmov deyir ki, əmək bazarında ənənəvi taksi fəaliyyəti getdikcə yoxa çıxır, onun kimi sürücülər dolanışığını təmin etməkdə çətinlik çəkir. Bakıda işləyən minə yaxın sürücü 2020-ci ilin yayından bəri taksi şirkətlərini boykot edir. Onlar hüquqlarını qorumaq üçün Taksi Sürücülərinin İctimai Birliyini də təsis ediblər. Bununla belə, bir çox insan, o cümlədən gənc sahibkar Rəhim Xoyski texnologiyanın gələcəyinə inanır. Bir müddət mobil tətbiqlərə qoşulub taksi sürücüsü kimi işləmiş Rəhim özü hazırda sürücülər və sərnişinlər üçün yeni bir mobil tətbiq hazırlamaqdadır. ______________________________________________________________________________________________ Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir. ______________________________________________________________________________________________
Mobil tətbiqlər, yoxsa ənənəvi taksi sifarişi?
Redaktor qeydi: “Hal -hazırda, biz bir zamanlar nifrət etdiyimiz, geyinməkdən imtina etdiyimiz və hətta unutmaq istədiyimiz 90-cı illər modasının “bum”unu - gözlənilməz uğurunu- yaşayırıq. “90-cı illər modası deyiləndə ağlımıza qara rəng, dəri paltolar, (əsasən süni dəri) klassik ayaqqabı ilə idman formasının sintezi, üzərində “Titanik” yazısı olan köynəklər, platforma ayaqqabılar, həcimli saçlar, bizə dəlilik kimi gələn parıltılı idman gödəkçələri və “Kobra” ətri gəlir. Müharibə yeni qurtarmışdı və Dağlıq Qadarbağdan məcburi köçkünlər paytaxta gəlmişdi, iqtisadi böhran və müstəqillik üçün mübarizə- olduqca qarışıq bir zaman idi. Lakin, qorxu və insanların təşvişinə baxmayaraq, Bakının mərkəzində bir qrup gənc incəsənət və modaya maraq göstərməyə başladı. Onlar öz incəsənət istedadlarını geyim tərzlərinin seçimində istifadə etməyə başladı və digər gəncləri də zövqlə geyinməyə çağırdılar.
Müharibədən sonra Azərbaycanda moda
2015-ci ildə Azərbaycanda manatın dəyərdən düşməsi, iki kəskin devalvasiya prosesi iqtisadiyatın bütün sahələrinə olduğu kimi sahibkarlığa da öz təsirini göstərdi. Paytaxtla bərabər bölgələrdə də bu sahədə fəallıq nəzərə çarpan dərəcədə aşağı düşdü, mövcud vəziyyət ticarət dövriyyəsini zəiflətdi.
Devalvasiyanın Bölgələrə Təsiri
“Axırıncı dəfə uşaqlarımı 2015-ci ilin sentyabrında 10 dəqiqə görə bilmişəm. Uşaqlar məni qucaqlayıb deyirdilər “Ana, bizlə gedək”. Heç bir şey deyə bilmədim. Eləcə “nənəniz xəstədir, ona baxıram. Qayıdacam.” deyib ayrıldım.”
Tənha Ana Borclarını Ödəmək və Uşaqları ilə Əlaqə Yaratmaq Üçün Mübarizə Aparır
Günəş zenitə yaxınlaşırdı. Xəfif sentyabr küləyi əsirdi. Günortaya az qalmış köhnə "Vilis"-ə minib, Şamaxının ucqar dağ ətəklərindəki yaylaqlarına yola düşməyə hazırlaşırdıq.
Tərəkəmələr
Biləcəri Deposunun ərazisində, hər gün mazut, neft, qaz daşınan qatarların arasında özlərinə yarı taxta,yarı dəmirdən daxma quran təxminən 25 ailə yaşayır. Əksəriyyəti Zəngilan və Cəbrayıl rayonundan olan bu məcburi köçkün ailələri Depo ərazisində Qarabağ müharibəsindən sonra, 93-94-cü illərdə məskunlaşıblar. Zəif işıqları, çatlamış divarları, uçuq sökük qapı-bacası olan daxmaların hər iki tərəfində günün fərqli saatlarından vaqonlarda yanacaq daşınır. İnsan həyatı üçün yetərincə təhlükəli məkanda yaşadıqları halda, sakinlərin dediyinə görə 23 ildə onların taleyi ilə maraqlanan olmayıb.
Qatar Deposunda Həyat
Gecə saat 22:20-dir. Sərnişinlər gözləmə zalından yavaş-yavaş platformaya axışır. Bakı dəmiryolu vağzalından ən son yola düşəcək reys Bakı-Astara istiqamətindəki qatardır. Qapqaranlıq vaqonların pəncərələrindən arabir güclə sezilə biləcək zəif işıqların yanıb-söndüyünü görmək olur. Bələdçi kabinəsi istisna heç bir vaqondan işıq gəlmir. Əllərində iri bağlamalar daşıyan sərnişinlər biletlərini bələdçiyə təqdim edib vaqona daxil olur, qaranlıqda mobil telefonlarının işıqları ilə öz yerlərini axtarırlar.
Sonuncu Dayanacaq - Astara
SSSR-i haqlı olaraq yeni şəhərlərin ölkəsi adlandırılırdı. Gələcəyin socialist sənayesini yaratmaq uğrunda səylər çoxmənzilli binalar, zavod və yeri evlər boş ərazilərdə yeni şəhərlərin yaratdı.
Azərbaycan: SSSR Zamanı Yaranan Şəhərlər
Zarat Xeybəri kəndi Şamaxı şəhər mərkəzindən 45 km aralı, Böyük Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir.
Tatlar - Azərbaycanın Azsaylı Xalqı
Cənubi Qafqazda əcnəbilərlə evlilik o qədər də yaxşı qarşılanmır, Azəbaycan da istisna deyil. 2010-cu ildə CRRC-Caucasus' un apardığı sorğuya əsasən Azərbaycanda vətəndaşların 90% əcnəbilərlə, 50% -i də türk kişiləri ilə evliliyi yaxşı qəbul etmir. Nadirən fərqli irqlərin evliliyinə rast gəlmək olar ki bu da tabu mövzu sayılır.
Əcnəbilərlə Evlilik
Bir masa, iki stul, arxa tərəfdə isə ağır və mavi pərdələr. İki kişi və bir qadın yavaş-yavaş səhnədə hərəkət edir, səsləri isə sadə teatrda əks-səda verir.
Azərbaycanın Xalq Teatrının səhnəsində
“Bu evi görürsüz? 4 kirayəşin qız qalırdı o evdə. Bir-iki dəfə olub məhəlləyə yad oğlanla gəliblər, ya əl-ələ tutublar. Ev yiyəsini çağırıb şikayət etmişik ki, olmaz. Məhəllənin cavanlarını zibilə salmayın.
Dağlı Məhəlləsinin kişi dünyası
Sadəcə səsləri, işıqları və kölgələri istifadə etməklə Gülər Abbasova bu film ilə Tbilisinin portretini çəkir
Tbilisi: Danışan kölgələr
Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hökumət 2015-ci ildən bəri evlənməyə hazırlaşanları tibbi müayinəyə yönləndirməklə ona qarşı addım atmağa başlayıb.
Əvvəl həkimə, sonra nikaha
2014-cü ilin hesabatına əsasən, qadınların 43%-i məişət zorakılığı ilə üzləşib, onların 29%-də zor tətbiq edənlər ərləri olub.
Qorxu ilə yaşamaq: ailədaxili zorakılıq kabusu
“Danışma!” qorxularla manipulyasiya edilmiş bir qadının poetik portretidir.
Danışma!
Pandemiya Azərbaycanın əmək miqrantlarından yan keçməyib; özləri və ailələri maddi böhranla üz-üzə qalıblar
Qapı arasında miqrant fəhlələr
Azərbaycanda ənənəvi cehizdən imtina edən gənc cütlüklərin sayı çoxalmaqdadır
Dəyişən cehiz yükü
Dünyanın bir çox yerində albino insanlar bütün həyatları boyunca tez-tez ayrı-seçkiliklə qarşılaşırlar. Onlara “ağbaş”, “ağ adam” damğası vurulur və ətrafdakılar onlara “özlərindən olmayan biri” kimi yanaşır. Azərbaycanda albinolar özlərini cəmiyyətdən gizlətməyə və təcrid etməyə üstünlük verirlər. Onlar nadir hallarda sosiallaşmaqda maraqlıdırlar.
Doğulduğu gündən anası tərəfindən istənməyən Givi də dərisinin rənginə görə çətinliklərlə üzləşib. Ancaq o, özünü cəmiyyətdə təsdiq etmək, başqalarından fərqlənmədiyini göstərmək, cəmiyyətin bir parçası olduğunu sübut etmək istəyirdi. Givi hesab edir ki, o, özü kimi özgələşdirilən insanlar üçün körpü ola bilib.
Bu film Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Filmdə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.
Givi
Elm və texnologiya sahəsində qadınların iştirakçılığı gender bərabərliyinə necə təsir edə bilər?