Mənim olmayan bədən
Mənim olmayan bədən
23 yaşlı transgender Devran ailəsini tərk edib və Bakıya üz tutub; o, hazırda hormon terapiyası alır, genital keçiş prosesindədir.
Lakin Azərbaycanda çox az sayda həkim, klinika LGBTİQ+lərə əlçatımlıdır və gender kimliyini sorğulamadan müayinəyə açıqdır.
Doğulub böyüdüyü Şəmkirlə müqayisədə paytaxtda imkanların daha çox olmasına baxmayaraq, Devran hələ də ən adi tibbi xidmətləri almağa çalışarkən diskriminasiya və stereotiplərlə üzləşir.
Bakıda müraciət olunan onlarla həkim arasından görüşməyə razılıq verən türkiyəli ginekoloq Hakan Tanrıverdi oldu - onun Devranla söhbətini Pərviz Məcidovun sənədli filmindən izləyə bilərsiniz. Film LGBTİQ+lərin reproduktiv sağlamlıq xidmətlərindən istifadə edərkən qarşılaşdıqları çətinliklərə işıq salır.