Rejissor: Aqil Abdullayev

Çəhrayı şəhər 2 (yumşaq oğlanlar dərinə gedərkən)

14.01.21

"Çəhrayı şəhər 2" oçerk-filmi müəllifin daxili kimliyində səyahətdir; təhtəlşüurda reallıq və görüntünün təfsiridir. 

Tamamilə şəxsi esselər və poetik özünüifadə vasitəsi olaraq film xəyali bir məkanda həyatı araşdırır; bu, çərçivəsiz, gendersiz, təhlükəsiz, sağlam və hər cəhətdən azad olmaq üçün hazırlanmış bir məkandır ki, təcrid olunmuş kuirlər, eləcə də diskriminativ və zorakı reallıqdan qaçmaq istəyən insanlar üçün burada yaşamaq daha asandır.