Rejissor: Hunay Saday

Gediş

01.03.21

Hunay bir axşam Strazburqda barlardan birinin qarşısında tanışı Benjaminlə qarşılaşır. Benjamin bir müddət əvvəl Azərbaycana səfər etmişdi - Hunayın siyasi səbəblərdən 2011-ci ildə ailəsi ilə birlikdə tərk etməli olduğu doğma ölkəsinə. Bu tərkediş Hunay üçün doğulduğu şəhərdən, yaxınlarından və uşaqlıq xatirələrindən hər gün daha da uzaqlaşmağa səbəb olan çətin bir gediş olub. Ona görə də o, Benjaminin Bakıdan gətirdiyi təzə təəssüratlar vasitəsilə Azərbaycanla bağlı xatirələrini təzələməyə tələsir... Bəs xatirələr başqasının xatirələri vasitəsilə canlı qala bilərmi? Bir insan doğma şəhərinə qayıda bilməyəndə, uşaqlıq xatirələri getdikcə azalanda nə baş verir?