Kirşan

18.03.21

Rejissor Atanur Nəbiyeva makiyaj etməyi sevmir və bunu qeyri-səmimiyyətə bir işarə hesab edir, baxmayaraq ki, Azərbaycanda əksər qadınlar evdən çıxmadan bəzənməyə əhəmiyyət verirlər. Atanurun ətrafında ömrü boyu makiyaj etməmiş yalnız bir qadın var - nənəsi Rəna Nəbiyeva. Makiyaj etməmək Atanurun öz seçimi olsa da, nənəsinin niyə bəzənib-düzənmək istəmədiyini bilmir. Bu səbəbləri tapmaq üçün o, nənəsinin yaşadığı Qazax rayonuna getmək qərarına gəlir. Səfər zamanı nənəsi Atanura gənclik illərindən bəhs edir və 70 yaşında ilk dəfə makiyaj etməyə çalışır.

 

Bu filmin ChaiKhanada dərci Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə baş tutub. Filmdə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.