Qadın əməyi: həsirtoxuma

Rejissor: Gulər Abbasova

25.03.21

68 yaşlı Raisa Fərzəlizadə Masallı rayonu Musaküçə kəndində yaşayan həsir toxucusudur.

Masallı qadınları həsirtoxuma sənətini bu gün də yaşadır - burada qadınların fəaliyyəti əsasən ev işləri ilə məhdudlaşsa da, həsirçilik onların gəlir əldə etmə üsullarından birinə çevirilib.

Son 45 ildir ki, Raisa Fərzəlizadə həsir toxuyaraq ailəsini saxlayır. İşinin ağır olmasına və təqaüdə çıxmasına baxmayaraq, o, hələ də toxumağa davam edir.

 

Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.