Küçə rəssamları karantində

Rejissor: Amina Mammadova

07.04.21

64 yaşlı Rakif İsmayılov rəssamdır. Onun ilk işi nənəsinin toxuduğu xalça üzərində rəsm olub. Daha sonra rəssamlıq məktəbindən məzun olub.

İsmayılov son 4 ilini Bakının Nizami küçəsində turistlərin portretini çəkməklə keçirib. Müstəriləri əsasən ərəb turistlər olub. Karantin tətbiq edildikdən sonra isə turistlər axını da dayanıb, yaşına görə küçədə işləməsinə də icazə verilməyib. Rəssam 11 aydır ki, işsizdir.

İndi onun gözü yoldadır: həm yolların açılmağını, həm də turistlərin yenidən Bakıya gəlməsini gözləyir.

Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.