Rejissor: Lalə Əliyeva

Bir ovuc yumor və cansıxıcı kədər

03.05.21

2020-ci il gündəlik həyat kakofoniyasını susdurdu və yaxınlaşan sükut içində normallığın qayıtması ümidiylə gözlədik. Evdə qaldığımız vaxt təzə mövzulara və köhnə vərdişlərimizin aclığını çəkirdik. Görünür ki, hər tərəf mövzu ilə doludur – açılıb danışılmağını istəyən hekayələr ilə.

Evimizdəki dörd tülkü məni naməlum tərəfə çəkdi. Bu video-gündəlikdə heç təsəvvür edə bilmədiyimiz bir ili anlamaq üçün bir ovuc yumor və cansıxıcı kədərin müşayiətilə “səfər etdiyim” 2020-ci ilə nəzər saldıqca onlar sizə də bələdçilik edəcəklər.