3 min.
Mobil tətbiqlər, yoxsa ənənəvi taksi sifarişi?
54 yaşlı Əfqan Məhərrəmov 20 ilə yaxındır Bakının mərkəzi küçələrində taksi sürür. O, ailəsinin yeganə gəlir mənbəyidir. Ancaq bir çox klassik taksi sürücüsü kimi, o da yeni texnologiyadan – mobil tətbiqlərdən yararlanan şirkətlərlə rəqabətə girə bilmir. Məhərrəmov deyir ki, əmək bazarında ənənəvi taksi fəaliyyəti getdikcə yoxa çıxır, onun kimi sürücülər dolanışığını təmin etməkdə çətinlik çəkir.
Bakıda işləyən minə yaxın sürücü 2020-ci ilin yayından bəri taksi şirkətlərini boykot edir. Onlar hüquqlarını qorumaq üçün Taksi Sürücülərinin İctimai Birliyini də təsis ediblər.
Bununla belə, bir çox insan, o cümlədən gənc sahibkar Rəhim Xoyski texnologiyanın gələcəyinə inanır. Bir müddət mobil tətbiqlərə qoşulub taksi sürücüsü kimi işləmiş Rəhim özü hazırda sürücülər və sərnişinlər üçün yeni bir mobil tətbiq hazırlamaqdadır.
______________________________________________________________________________________________
Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.
______________________________________________________________________________________________