3 min.

Dialoq üçün video-oyun

Müəlli̇f: Toğrul Musa


17.06.21

Gənc proqramçı əməkdaşlıq və sülh haqqında insanları maarifləndirmək üçün video oyunların gücündən istifadə edir.

Ağababa Bağırov 23 yaşlı proqramçı, oyun dizayneri və çağdaş incəsənətlə məşğul olan sənətkardır. Bakı Dövlət Universitetinin kompüter elmlərindən məzunu olan Ağababa öz yaradıcı fəaliyyətində insan, təbiət və texnologiya arasındakı əlaqəni araşdırır. Tamaşaçıları da bu tədqiqatlarına, eksperimentlərinə qoşa bilmək üçün o, oyunlardan və interaktivlikdən istifadə edir.
 
Ağababanın son oyun instalyasiyalarından biri “Dağüstü” adlanır. Oyun münaqişə məfhumunu öyrənməyə çalışır və Dağlıq Qarabağ konflikti timsalında qurulur.
 
Oyunda Dağlıq Qarabağ bölgəsinin üçölçülü xəritəsi lövhə rolundadır və oyunu iki qarşı tərəf oynayır. Ancaq “Dağüstü” oyunçuların bir-biri ilə rəqabət etdiyi digər oyunlardan fərqlidir. “Dağüstü”ndə oyun qaydaları necədir və kim qalib gəlir? Ağababa Azərbaycan və Ermənistan arasındakı qarşıdurmaya əsaslanan çoxsaylı “vurun hamısını!” tipli oyunlara alternativ təklif edir.


Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.