Kukla-kukla oynamaq

20 min.

Kukla-kukla oynamaq

09.09.21

Təxminən 50 il animator-rəssam kimi fəaliyyət göstərdikdən sonra görkəmli sənətkar Elçin Axundov təqaüdə çıxmaq məcburiyyətində qalıb. Bir çox məşhur sovet cizgi filminə həyat vermiş Axundov indi yeni həyatı ilə barışmağa çalışır. Gələcək nəsil animatorlar yetişdirmək, onlara təhsil vermək imkanından yaşlı olması səbəbindən məhrum olan sənətkar məhdud resurslarla yaradıcı fəaliyyətini davam etdirməyə cəhd göstərir. “Kukla-kukla oynamaq” hazırda düzəltdiyi kağız kuklalarla əhatələnən Elçin Axundovun həyatı, yaşı, yaradıcılığı və yeni nəsil ilə biliklərini bölüşmək ehtiyacı haqqında sənədli filmdir.