"Məktəb"

9 min.

"Məktəb"

04.10.21

2020-ci ilin əvvəlində dünyanın bir çox ölkəsinə yayılan Covid-19 virusunun səbəb olduğu pandemiya məktəblərin bağlanmasına və təhsilin onlayn həyata keçirilməsinə gətirib çıxarıb. Bununla da, birinci sinfə getməli olan uşaqlar üçün ənənəvi sinif otağında, parta arxasında əyləşmək yad bir anlayışa çevrilib. Evdə qalaraq onlayn dərslərə qoşulmuş birincilər indi sinif yoldaşları ilə birlikdə gedə biləcəkləri məktəbin necə olacağını xəyal edirlər.