Onlar

12 min.

Onlar

14.10.21

Üç il əvvəl valideynləri sezməyə başladılar ki, iki yaşlı Zəhrada narahatlıq var. Anası onda autizm olacağından qorxurmuş, amma həkimlər illərlə onun bu təlaşına əhəmiyyət verməyiblər. Nəhayət, Zəhra dörd yaşında ikən ona autizm diaqnozu qoyulub.

Amma Azərbaycanda autizmli uşaqlar üçün dövlət proqramı yoxdur. Zəhra özəl autizm mərkəzində müalicəyə göndərilməzdən əvvəl ailəsi onu əlilliyi olan uşaqlar üçün dövlətin maliyyələşdirdiyi mərkəzə aparıb. Anası deyir ki, 2020-ci ilə qədər uşağın müalicəsi yaxşı gedir, sağlamlığında irəliləyiş müşahidə olunurdu. Lakin “Covid-19” pandemiyası Zəhra kimi aztəminatlı ailələrin autizmli uşaqlarını yarı yolda qoydu.