Yoxsulluqdan qaçış

Müəlli̇f: Amina Mammadova

15.12.21

​​42 yaşlı Füzuli Xəlilov və ailəsi Tovuzun Şamlıq kəndində yaşayır. O, işsizdir. Yeddi nəfərdən ibarət ailə - Füzuli, həyat yoldaşı, dörd övladı və anası kiçik həyətyanı sahədə becərdikləri kartofdan və anasının pensiyasından asılıdır.

Şamlıq kəndində rəsmi olaraq 371 nəfər yaşayır, lakin Füzuli deyir ki, əslində real rəqəmlər xeyli kiçikdir - qışda orada cəmi 65 nəfər yaşayır. Bu vəziyyət təkcə Şamlığa aid məsələ deyil. Azərbaycanın bir çox ucqar kənd icmaları yoxsulluq, məktəblər, xəstəxanalar və digər zəruri xidmətlərin olmaması səbəbindən boşalmaqdadır. Sovet dövründə Şamlıq tam qazlaşdırılmış olsa da, bu gün kənd icması uzun qış aylarında evlərini qızdırmaq üçün bahalı odun hesabına yaşayır.

Lakin Füzuli hesab edir ki, sakinləri geri qaytarmaq üçün çox az şey lazımdır: təbii qaz xidməti kimi sadə bir addım kəndin canlanmasına kömək edə bilər.