Qəssabın qızı

30 min.

Qəssabın qızı

21.12.21

Müəllim maaşı ailəsinin ehtiyaclarını ödəməyə çatmadığı üçün Səfərəli Qənbərli doğma kəndini tərk edib, şəhərə köçməli olub. O, Bakıda qəssab kimi nailiyyət əldə etsə də, rejissor qızı bu reallıqla barışmaqda çətinlik çəkir.

“Qəssabın qızı” filmi ziddiyyətlər arasında yaşayan Səfərəlinin hekayəsidir - o, müəllim və qəssab, heyvanları sevən və onları kəsəndir. Bu həm də qızının ona qarşı çıxması, eləcə də atasını tanımaq, anlamaq və onu qəbul etmək istəyinin hekayəsidir.



Film aşağıdakı festivallara seçilib:

Visions Du Reel | Film Market 

CineDoc Tbilisi 

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb)