Rejissor: Lalə Əliyeva

Onlar pıçıldayır, bəzən də qışqırırlar

05.03.22

“Onlar pıçıldayır bəzən də qışqırırlar” əməkdaşımız Lalə Əliyevanın qısa sənədli filmidir. “Bu kəndə gedəndə Azərbaycandakı məişət zorakılığından bəhs edən bir film çəkmək fikrim yox idi. Pir Vir gölü ətrafında gündəlik çəkilişlər intuitiv baş verirdi. Sonra kənddəki qadınların hekayələrini eşitməyə başladım. Yavaş-yavaş ürəklərini mənə açmağa başladılar. Filmdə göl təbiətin bir hissəsi olaraq, keçmişi və gələcəyi özündə cəmləşdirən mənzərəyə çevrildi. Beləliklə, insan və qeyri-insan arasındakı qarşılıqlı əlaqəni kameraya qeyd etməyə başladım".