Rejissor: Togrul Abbasov

Toz çəkiləndən bəri

17.10.22

40 ildən çox yaşadığı evi söküləndən bəri Nərgiz Səfərova üçün keçmiş məhəlləsinə - Sovetskiyə getmək çətindir. Ancaq köçürüldükdən bir il sonra köhnə evinin olduğu küçəyə baş çəkmək qərarına gəlir.

2005-ci ildən sonra sıçrayışlı neft və qaz gəlirləri hesabına Bakı tikinti bumu yaşayırdı. Bu, gentrifikasiya yolunda böyük addım idi - şəhər mərkəzində yaşayan insanları oturuşmuş həyatlarından təcrid etmək prosesi belə başladı.

"Toz çəkiləndən bəri" bu prosesə Bakının mərkəzindəki evləri sökülən üç qadının hekayələri vasitəsilə baxır. Bəs yoxa çıxan sadəcə evlər idimi? Toz çəkildikdən sonra yerində nə qaldı?