Bulanıq xəyallar

Fotoqraf: İlkin Hüseynov

23.02.23
Mövzu: Münaqişə

Xəbərdarlıq: Foto-layihə süni intellekt texnologiyası yaradılıb, görüntülər narahatedici təsirə malik ola bilər.

Bəşəriyyət yaranandan bəri insanlar gələcək haqqında düşünürlər.

Filosoflar və futuristlər öz gözləntiləri və proqnozları əsasında gələcəyi təsəvvür edir, əsasən məhdud və subyektiv şəkildə seçilmiş məlumatlardan istifadə edirdilər.

İnsanlar gələcək hadisələr barədə daha yaxşı proqnoz verə bilmək üçün geniş məlumat bazasına daha çox çıxış əldə etdikcə bu vəziyyət son dövrlərdə dəyişməyə başlayıb.

Bu foto-layihədəki təsvirlər süni intellekt (mətndən görüntüyə çevirmə texnologiyası) ilə yaradılıb.

Bu texnologiya ilə mən yaxın gələcəyi vizuallaşdırmağa çalışmışam.

Yaxın gələcəyimiz əvvəlkindən daha qeyri-müəyyəndir. Və bizim bütün xəyallarımız və qorxularımız indiki mənasız müharibə ilə bağlıdır.

Bu layihə Ukrayna və Rusiya arasında müharibənin ən çox ehtimal olunan nəticəsini nümayiş etdirir. Proqnoz müsahibələrə, ekspertlərin məlumatlarına və öz nöqteyi-nəzərimə əsaslanır.

Dağıdıcı bir müharibə ili oldu.

Müharibənin nəticələrini bütün dünya, xüsusən də cəbhə bölgəsində yaşayanlar hiss etdi.

Ukrayna ordusu yavaş-yavaş işğal etdiyi əraziləri geri aldı.

Artıq Rusiya ordusu və elitası açıq şəkildə anlamağa başlayır ki, hər nə olursa olsun, müharibəni uduzacaqlar. Rusiya ordusunda daxili qarşıdurmalar çoxalmağa başlayır.

Bundan az sonra, ruhdan düşmüş Rusiya ordusunun ciddi müqavimətinə rast gəlmədən Ukrayna ordusu bütün işğal olunmuş ərazilərini azad edərək, sərhədindən uzaqda bufer zonası yaradıb.

Müharibə nəhayət başa çatdı. Ukraynanın bütün şəhərlərində qələbəni qeyd etmək üçün izdiham küçələrə axışıb.

Yeri gəlmişkən, müharibə Rusiya üçün dağıdıcı zərbə vurdu. İqtisadiyyat çökdü və ölkənin hər yerində kütləvi etirazlar başladı.

Etirazların ilk günlərində yüz minlərlə insan həbs edilib və işgəncələrə məruz qalıb. Bu dəfəki repressiya planlaşdırıldığı kimi nəticə verməyib, əksinə daha böyük etiraz dalğasına səbəb olub.

Polislə bir həftə davam edən şiddətli toqquşmadan sonra polis və ordu nəhayət etirazçılara qoşulub. Prezident Vladimir Putin bütün səlahiyyətlərini və legitimliyini itirərək ölkədən qaçıb. Həbsdə olan etirazçılar və siyasətçilər azadlığa buraxılıb. Sürgündə olan siyasətçilər geri qayıdıblar.

Bundan bir qədər sonra müvəqqəti hökumət yaradılıb və o, sülh danışıqlarına başlayıb.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin