Kəndin ümidi
29.07.24
Müəllim Etibar Şahüseynov cəmi bir uşağa dərs demək üçün hər gün uzun bir yol qət edərək kənd məktəbinə gedir. İkinci sinif şagirdinin Göygöl rayonu Əzgilli kənd modul tipli ibtidai məktəbi qurtarmasına hələ iki il var.
“Kəndin ümidi” filmi Birinci Qarabağ Müharibəsi zamanı Kəlbəcərdən köçkün düşmüş Etibar Şahüseynov və şagirdinin timsalında ucqar kənd həyatını, o cümlədən ölkənin siyasi, iqtisadi və təhsil siyasətinin nəticələrini əks etdirir.