Sülh cığırı

08.09.24

Nərgiz böyüdüldüyü ənənəvi tərbiyə üsulu və sürətlə dəyişən dünya arasında qalmış gənc rejissordur. Özünü qəbul etmək və daxili rahatlıq əldə etmək üçün o, valideynləri ilə olan mürəkkəb münasibətlərinin düyünlərini açmağa başlayır.

“Sülh cığırı” qısametrajlı filmində müəllif həm valideynlərinin keçirdiyi hisslər barədə, həm də onların sovet keçmişi ilə bağlı söhbət edir, bu yolla onlarla ortaq dil tapmağa çalışır.



Film Chai Khana Fellowship proqramı (Bahar 2024) çərçivəsində hazırlanıb.



Film Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.