Müharibə Olmasaydı...

Müəlli̇f: Günel Səfərova

09.09.16

Dörd sahibkar məcburi köçkünlər üçün Ağdamda, Dağlıq Qarabağ ilə sərhəddə tikilmiş Baharlı və Bənövşələr qəsəbələrində yaşayır və işləyir.

Ağdam rayonunun bir hissəsi Ermənistan qüvvələrinin nəzarəti altındadır.
Sərhəddəki son atışmalar bu qəsəbələrdə yaşayan insanlara təsirsiz ötüşməyib. Atışmalara baxmayaraq sakinlər evlərini tərk etməkdən imtina edirlər.

Sakinlərin əksəriyyəti 2005-2006-cı illərdə qəsəbələr salınandan sonra Ağdamın və Bərdənin digər kəndlərindən köçərək burada yerləşiblər. Onların arasında əvvəllər çadır şəhərciklərində yaşayanlar da var.

Söhbətləşdiyimiz hər sahibkar müharibə olmasaydı həyatlarında nələrin dəyişəcəklərindən danışırlar…

 

 

Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.