''Old Ganja'' Hosteli

Müəlli̇f: Baba Nabili

14.09.16

 

İki gənc dost-sahibkar 23 yaşlı Elvin Əliyev və  26 yaşlı Seymur Vəliyev Gəncə şəhərindəki ilk hostelin ( yataqxana) yaradıcılarıdır.

Hostelin ideyası 2011-ci ildə yaransa da, onlar yalnız iki ay əvvəl bu ideyani “Old Ganja” adı altında reallaşdırıblar.


Hostel yarandıqdan sonra dostlar bir sıra çətinliklərlə üzləşiblər. Onlar uzun müddət yerli camaata "hostel" anlayışını izah etməli olublar. Üstəlik də qonşular səs-küydən narahatlıq ifadə ediblər.


Ancaq onlar fəaliyyətlərini dayandırmayıblar və “Old Ganja” bu gün tarixi şəhərin cəlbedici mərkəzində rəngli bir nöqtəyə çevrilib.