Susuz Torpaqlar, Çarəsiz İnsanlar

Müəlli̇f: Ilkin Hasanov

30.10.16

Sərsəng su ambarı Ağdərə rayonun ən böyük anbarıdır və Dağlıq Qarabağ müharibəsi bitdiyi vaxtdan Erməni hərbi qüvvələrinin nəzarəti altındadır.  1976-ci ildə istifadəyə verilən bu anbar, 6 Azərbaycan rayonunu – Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax, və Ağcəbədi- su ilə təmin edirdi. Müharibənin sonundan etibarən, yay aylarında su anbarından istifadə mümkünsüz olmuş və insanlar ən adi su ehtiyacını ödəməkdən məhrum qalmışdılar.  Azərbaycan tərəfinin idarə etdiyi əraziyə su yayda məhdudlaşdırılır, qışda və payızda isə məhdudiyyət aradan qalıdırlır. Bu fəsillərdə isə kütləvi yağışlar və anbarın suyu daşqınlara səbəb olur.  

Bu vəziyyət 130 ailəni, ümümilikdə isə 500,000 sakinin təsərüfatına ziyan vurur. Fazil Bayramov onlardan biridir.

 

Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.