Azərbaycanlı Krişnaçılar suallarına Tiflisdə cavab tapır

Müəlli̇f: Ilkin Hasanov

02.05.17

Həftənin hər  bazar günü Avçalada,Tbilisi yerləşən krişna məbədinə bu dinin ardıcılları toplaşır. Onlar mühazirələrə qulaq asır, fikir mübadiləsi aparır və dua edirlər. Krişnaçıların arasında çoxlu azərbaycanlı  var.

Fikrət Nəsrəddinzadə azərbaycanlılar arasında üstünlük təşkil edən İslam dinindən imtina edib Krişaçılığı qəbul edəndə 20 yaşı var idi. 2013-cü ildə, 52 yaşında, o öz xanımı ilə ölkəni tərk edib Tbilisiyə köçür. Burada tikinti ilə bağlı biznes qurur.  Tbilisidə Fikrət , tez –tez Krişna məbədini ziyarət etməyə başlayır. Hazırda o, bazar günü mühazirə deyənlərdən birirdir və yeni gələnlərə örnək kimi göstərilir.

Reyhan Eylazova Gürcüstanın şərqində yerləşən Qombori kəndində dünyaya gəlib. Onun axtarışları hələ yeniyetmə ikən başlayır və Krişna dini ilə tanış olduqdan sonra mənəvi rahatlıq tapır. Eylazovanın 49 yaşı var, o evlidir. Lakin ailəsi və ərinin onun dini baxışlarını uzun müddət qəbul etmir. 

Nəsrəddinzadə və Eylazova hər ikisi düşünür ki, yalnız Krişna dini onların uzun illər boyu axtardığı suallara cavab tapa bilib.