Azərbaycanda ödənişli ehtiras

Müəlli̇f:

07.09.17

Azərbaycanlı kişilər üçün fahişələrlə seks yalnız sözdə tabudur. Hətta ölkə parlamenti fahişəliyi leqallaşdırmağı nəzərdən keçirib.

Bu, əhalisinin çoxu müsəlman olan bir ölkə üçün ziddiyyətli görünə bilər. Ancaq seks işçisi vasitəçiliyi ilə bakirliyini itirən 28 yaşlı bloqçu Orxan Adıgözəl kimi gənc kişilər üçün bu belə deyil.

Qafqazın digər bölgələrindəki kimi Azərbaycanda da gənclərin evliliyə qədər sekslə məşğul olması qadağan olunmuş mövhumdur.

Adıgözəl 314,000 nəfər sakini olan qərb şəhəri Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kursunda təhsil alanda ilk cinsi təcrübəsini yaşamaq üçün fahişəxanaya gedib.

Özündən 10-12 yaş böyük olan bir qadınla ilk seks təcrübəsini yaşayan Adıgözəl bir saat üçün 20 ya da 30 AZN (o zaman təxminən 34 və ya 51 USD) pul ödədiyini deyir.

“ O məni qapıda qarşıladı. Evi təmiz və hazırlıqlı idi. Məni çox xoş salamladı,” o xatırlayır. 

“Əvvəlcə bir az söhbət etdik. Sona o mənə xoş sözlər dedi və hazır olub olmadığımı soruşdu.”

 On il sonra isə Adıgözəl eyni addımı atmayacağını deyir. O, ödənişli ehtirasın əslində ehtiras olmadığının fərqinə varıb.