Tanrının Evi

Müəlli̇f: Tural Hacı

16.08.18

ADR-in süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin quruluşu ilə birlikdə dinə münasibət də dəyişir. Karl Marksın dinə baxışını əks etdirən “din xalq üçün tiryəkidir” və “kasıb xalqı yatırtmaq üçün idarəçi sinif tərəfindən meydana gətirilən mədəniyyətdir” fikrinə söykənərək SSRİ dini məbədləri aradan qaldırmağa və ateizmi təbliğ etməyə başlayır. Buna görə də SSRİ-nin ilk illərindən etibarən dini məbədlər ya dağıdılıb, ya da təyinatı dəyişdirilərək fərqli məqsədlər üçün istifadə edilib.

Lakin 70 illik sovet hakimiyətinin çöküşü “Tanrının evləri”nin heç də hamısını geri qaytarmadı – bəzilərinin əvvəlki funksiyalarını yerinə yetirməsi üçün artıq gec idi.

Tural Hacı 3 şəhərdə üç keçmiş dini məbədin taleyini araşdırıb. Bakıda yerləşən bir məscidin ofisə, Gəncə və Göygöldə kilsələrinsə teatr və kitabxanaya çevrilməsi hekayəsi ilə tanış olacaqsınız.

Avqust, 2018 / Dini İnanclar