Müharibə Zamanı Sülhdən Danışmaq
ianə verin
Digər video
Azərbaycandan olan gənc, yaradıcı insanlar pandemiyadan sonra daha yaxşı iş və təhlükəsiz mühit üçün Tbilisiyə köçürlər.
Tbilisidə azərbaycanlı incəsənət icması
Azərbaycanın bir çox ucqar kəndlərində, Tovuzun Şamlıq kəndində olduğu kimi, ailələr yoxsul həyat şəraitindən xilas olmaq üçün evlərini tərk etmək məcburiyyətində qalır.
Yoxsulluqdan qaçış
54 yaşlı Əfqan Məhərrəmov 20 ilə yaxındır Bakının mərkəzi küçələrində taksi sürür. O, ailəsinin yeganə gəlir mənbəyidir. Ancaq bir çox klassik taksi sürücüsü kimi, o da yeni texnologiyadan – mobil tətbiqlərdən yararlanan şirkətlərlə rəqabətə girə bilmir. Məhərrəmov deyir ki, əmək bazarında ənənəvi taksi fəaliyyəti getdikcə yoxa çıxır, onun kimi sürücülər dolanışığını təmin etməkdə çətinlik çəkir. Bakıda işləyən minə yaxın sürücü 2020-ci ilin yayından bəri taksi şirkətlərini boykot edir. Onlar hüquqlarını qorumaq üçün Taksi Sürücülərinin İctimai Birliyini də təsis ediblər. Bununla belə, bir çox insan, o cümlədən gənc sahibkar Rəhim Xoyski texnologiyanın gələcəyinə inanır. Bir müddət mobil tətbiqlərə qoşulub taksi sürücüsü kimi işləmiş Rəhim özü hazırda sürücülər və sərnişinlər üçün yeni bir mobil tətbiq hazırlamaqdadır. ______________________________________________________________________________________________ Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir. ______________________________________________________________________________________________
Mobil tətbiqlər, yoxsa ənənəvi taksi sifarişi?
Oğlan övlad istəyən ailənin dördüncü qızına Qızbəs adı verilib, qıza “bəs” demək üçün. Lakin Qızbəs qoymayıb ki, adı onun taleyini müəyyən etsin. O, bu gün Lənkəranda yerli musiqini qorumaq üçün istedad, cəsarət və əzm göstərən qadınlardan ibarət folklor ansamblına rəhbərlik edir. Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.
Musiqidən güc alan “Nənələr”
Digər Qısa sənədli film
Müharibədə həlak olan əsgərin həyat yoldaşı olmaq qadınlar üçün ağır bir yükdür. Onların kədəri və yası kölgədə qalır, sevdiklərinə istədikləri kimi yas tuta bilmirlər, çünki hamı o qadınlardan məğrur dayanmalarını gözləyir.
Xəyallarda bir anlıq görüş
40 ildən çox yaşadığı evi söküləndən bəri Nərgiz Səfərova üçün keçmiş məhəlləsinə - Sovetskiyə getmək çətindir.
Toz çəkiləndən bəri
Bu film mühacirətdə media qurumu yaradan iki azərbaycanlı jurnalistin gündəlik həyatından anların toplusudur. Onlardan biri siyasi təqiblərə görə ölkəsini tərk edib, digəri də onunla bir yerdə olmaq üçün.
Nəvələr üçün hekayələr
Sumqayıtdakı 12/35 nömrəli bina sakinlərinin həyat tarixçəsi Azərbaycanda kişilərin müəyyən bir kəsiminin taleyini əks etdirir.