Yada Düşər Xatirələr…

Müəlli̇f: Anonymous, ,

20.11.18

Gündəlik ev işlərini bitirər-bitirməz qonşu qadınlar bir-birini səslər, çay süfrəsində şirin söhbətə girişərdilər. Özləri demişkən, “dünyanın yaxşı vaxtında” erməni və azərbaycanlı qonşuların çay söhbətləri Anahitin məktəb direktoruyla davasından tutmuş, Fatmanın qızına gələn elçilərə, bazarda əriyin qiymətinin bahalaşmasından tutmuş, “indiki cavanlar”a qədər geniş əhatə dairəsinə malik idi. İndi də o qadınların rutinində çox şey dəyişməyib, sadəcə həmin köhnə qonşular yoxdur artıq.

Dağlıq Qarabağ münaqişəsi sadə azərbaycanlılar və ermənilər arasında bir sərhəd çəkməklə köhnə vərdişlərə, köhnə söhbətlərə də son qoydu. 

Bu qısa filmdə həmin qonşuluqlara və çay süfrələrinə 3 dəqiqəlik qonaq olacaqsınız.