Tbilisi: Danışan kölgələr
Tbilisi: Danışan kölgələr
“Tbilisi qədimi şəhər olsa da, mənimçün həm də gənc, inqilabçı ruhludur. Özünəməxsus kontrastları olan məkandır. Azaddır, yeri gələndə üsyankardır” - deyə, Tbilisidə ilyarım tələbə kimi yaşamış Gülər Abbasova deyir.
Bu qısa poetik filmində Gülər Tbilisinin insan əli toxunmuş mühitinə nəzər salır və qeyri-ənənəvi bir üsulla şəhərin atmosferini təqdim etməyə çalışır: sadəcə səsləri, işıqları və kölgələri istifadə etməklə Tbilisinin portretini çəkir, şəhərin sevincini, kədərini və müəmmasını ələ alır.
“Şəhərdə hər kəs öz həyatını yaşayır, varlısı varlı, kasıbı kasıb. Demək olar, heç nə nəyinsə kölgəsində itmir, gizlənmir. Bu baxımdan şəhərlə asanlıqla ünsiyyətə girə bilirsən”, Gülər qeyd edir.