İtlərin və pişiklərin arasında...

24 min.

Müəlli̇f: Oktay Namazov

İtlərin və pişiklərin arasında...

23.07.19

Heyvan haqları fəalı Elxan dostu Pirata, demək olar ki, ölüm ayağındaykən rast gəlib.

Ağır bir əməliyyatdan sonra heyvansevərlərin köməyi ilə Pirat həyata qayıdır və Elxan ona müvəqqəti sığınacaq tapır. İmkanı düşdükcə Bakıya Pirata baş çəkməyə gələn Elxan ucqar bir yerdə - Lerikin Günəşli kəndində yaşayır. Sivilizasiyadan uzaq bir dərədə özünə ev qurmuş Elxanın evi itlər, pişiklər və digər heyvanlara da açıqdır.

Elxanın təbiətlə arasında olan bağ Azərbycanda bir çoxlarından fərqlənir. Onun həyat tərzi bir missiyaya çevrilib; insanların ətraf-mühitə münasibətini yaxşılaşdırmaq uğrunda mübarizə təkcə digər heyvanları qorumaq üçün deyil, eləcə də özümüzü xilas etmək üçündür…