Etirazla keçən həyat
79 yaşlı Cəfər Baxşiyev demək olar ki, hər siyasi nümayişdə iştirakçıdır. Onun Bakının mərkəzindəki sonuncu yürüşdə polislə üz-üzə durarkən çəkilmiş fotosu sosial mediada xeyli populyar oldu. Baxşiyevin fikrincə, Bakı küçələri neçə illərdir ki, siyasi nümayişlər görmədiyi üçün 19 Oktyabr mitinqi cəmiyyətdə hökm sürən qorxunun yaratdığı səssizliyi pozdu.