Baha başa gəlmiş etiraz

Müəlli̇f: Aygün Rəşidova

12.03.20

İngilis dili müəllimi Fuad Mehrəliyev 2017-ci ildə işə başladığı Astara rayonu 2 saylı məktəbdə rüşvətə etiraz etirazını bildirib. O deyir ki, bu etiraz ona baha başa gəlib: işdə çıxarılmaqla yanaşı, Mehrəliyevə “Paranoid şəxsiyyət pozuntusu” diaqnozu qoyulub, məcburi şəkildə 27 gün psixiatrik klinikada saxlanılıb.

Narazılığını, etirazını bildirən insanlara “ruhi xəstə” damğası vurulması Azərbaycanda daha əvvəllər də rast gəlinmiş təcrübədir. Beynəlxalq hüquq müdafiəçiləri insanları ruhi xəstəxanalara göndərilməsini hökumətin fərqli fikirlərə qarşı davamlı repressiyalarının bir hissəsi olduğunu bildirib. Daha əvvəl bu metoddan Naxçıvanda tez-tez istifadə olunurdu.

Fuad Mehrəliyevin sözlərinə görə, onun həm dərs dediyi sinfə, həm də ailəsinə bu prosesdə təzyiq göstərilib. Human Rights Watch təşkilatının hesabatına görə, Azərbaycanda hökuməti tənqid edənlər etiraz etmək hüququndan istifadə etdikləri müxtəlif metodlarla cəzalandırılır, bura onların ailələri ilə təhdid olunması da daxildir.

Fuad Mehraliyevin vəziyyətinə gəlincə, 3 uşaq atası ailənin yeganə gəlir mənbəyi olduğu üçün həm evdə repetitorluq edir, həm də məktəbdəki işinə qayıtmaq üçün mübarizəi aparmaqda israrlıdır. Astara 2 saylı məktəb rəhbərliyi rüşvət iddialarını rədd etsə də, Mehraliyev bu işi məhkəməyə çıxarıb; o, bu prosesdə vəkilsiz də olsa, ümidlidir ki, Avropa İnsan Haqları Məhkəməsinə qədər səsini çatdıracaq.