Togrul Abbasov
Toğrul Abbasov ODTÜ-də mühəndislik üzrə bakalavr, Mimar Sinan Güzel Sanatlar Universiteti Sosiologiya fakültəsində magistratura təhsili alıb. “Sovet Azərbaycan kinosunda modernləşmə və melodramatik təxəyyül” adlı dissertasiyanı müdafiə edib. Chai Khana digital platforması, Caucasus Edition jurnalı, Fokus analitik kino jurnalı və s. mətbu orqanlarla əməkdaşlıq edir. Əsas tədqiqat sahələri Sovet modernləşməsi, milli kimliklər, milli kino anlayışları və vizual sosiologiyadır. “Qarışqanın İnadı” (2010) sənədli filminin həmmüəllifi, “Toz Çəkiləndən Bəri” (2020) sənədli filminin müəllifidir.
O, hazırda təhsilini Çarlz Universitetinin Tarixi Sosiologiya fakültəsində "Sovet Qafqaz kinosunda milli təxəyyüllər" doktorluq işi üzərində çalışıraq davam etdirir.