Təzə Materiallar
Təzə Videolar
09.09.2021

Təxminən 50 il animator-rəssam kimi fəaliyyət göstərdikdən sonra görkəmli sənətkar Elçin Axundov təqaüdə çıxmaq məcburiyyətində qalıb. Bir çox məşhur sovet cizgi filminə həyat vermiş Axundov indi yeni həyatı ilə barışmağa çalışır. Gələcək nəsil animatorlar yetişdirmək, onlara təhsil vermək imkanından yaşlı olması səbəbindən məhrum olan sənətkar məhdud resurslarla yaradıcı fəaliyyətini davam etdirməyə cəhd göstərir. “Kukla-kukla oynamaq” hazırda düzəltdiyi kağız kuklalarla əhatələnən Elçin Axundovun həyatı, yaşı, yaradıcılığı və yeni nəsil ilə biliklərini bölüşmək ehtiyacı haqqında sənədli filmdir.

Qısa sənədli film client.stories.video_reading: 00:20:52

Kukla-kukla oynamaq

Leylaxanım (Leyla) Gənbərli

14.01.2021

"Çəhrayı şəhər 2" oçerk-filmi müəllifin daxili kimliyində səyahətdir; təhtəlşüurda reallıq və görüntünün təfsiridir. 

Tamamilə şəxsi esselər və poetik özünüifadə vasitəsi olaraq film xəyali bir məkanda həyatı araşdırır; bu, çərçivəsiz, gendersiz, təhlükəsiz, sağlam və hər cəhətdən azad olmaq üçün hazırlanmış bir məkandır ki, təcrid olunmuş kuirlər, eləcə də diskriminativ və zorakı reallıqdan qaçmaq istəyən insanlar üçün burada yaşamaq daha asandır.

Qısa sənədli film client.stories.video_reading: 00:16:29

Çəhrayı şəhər 2 (yumşaq oğlanlar dərinə gedərkən)

Aqil Abdullayev

17.12.2020

Oktyabr ayında Dağlıq Qarabağ müharibəsinin gərgin günlərindəki hakim gündəmdən bir qədər uzaqlaşmaq üçü kameramı götürüb Lənkəranın Aşağı Nüvədi kəndinə getdim. Kənddə çətin anlara baxmayaraq, gündəlik yaşam qayğılarını davam etdirən köhnə tanışlarla görüşdüm.

Aşağı Nüvədi kəndində yaşayan Səxavət Həsənov 30 ilə yaxındır ki, elə yaşadığı kəndin sahilində balıqçılıqla məşğuldur. Rameş, Rza və Tehran da onun kimi uzun illərdir vaxtını dənizlə, balıqçılıqla keçirir. 

Müharibə başlayalı onlar hər gün cəbhə xəbərlərini izləyir, döyüşən qohum və həmkəndliləri ilə maraqlanırlar, bəzən isə onlardan gələn bəd xəbərlərin kədərinə qapılırlar.

Bütün bu baş verənlərlə yanaşı həyatlarına qaldıqları yerdən davam edirlər. Onlar hər gün səhər tezdən dənizə girib balıq ovlayır, çətin günlərdə torlarının boş olmamasını və möcüzə baş verməsini – bütün arzularını yerinə yetirəcək qızıl balığı gözləyirlər.

Qısa sənədli film client.stories.video_reading: 00:15:53

Qızılbalıq üçün bir neçə arzu və digər ədviyyatlar

Mirbağır İsmayılov