Əlik və Xınalıq arasında qalan şagirdlər
Fotoqraf: Vahab İsayev
Böyük Qafqaz dağlarında insanların yavaş-yavaş daha böyük şəhər və şəhərlərə miqrasiyası Əlik, Cek, Qrız və Haput kimi kəndlər üçün böhran yaradıb. Bu dörd kənd get-gedə boşalır və əhalinin azalması məktəblərin bağlanmasına gətirib çıxarır. Bu da öz növbəsində qalan sakinləri sövq edir ki, başqa yerlərdə özlərinə daha yaxşı şərait axtarsınlar. Beləliklə, sosial problemlər bir-birilə zəncirvari əlaqələnərək bir qapalı dövrə yaradır.
Cek kəndindən olan uşaqlar orta məktəb təhsili almaq üçün Əlik kəndinə gedirlər. Amma ərazidə 10 və 11-ci siniflər üçün nəzərdə tutulan dərslər 18 km aralıda - Xınalıqdadır. Kəndlərdə uşaqların sayının azalması o deməkdir ki, hazırda fəaliyyət göstərən məktəblərin daha çox bağlanma riski var; Elə Əlikdəki məktəb də yaxın gələcəkdə bağlanmaq təhlükəsi ilə üz-üzədir. Bu o deməkdir ki, uşaqların orta təhsili başa vurmaları üçün valideynlər ciddi qərar qəbul etməlidirlər. Kəndlər Xınalığa çox uzaq və yollar dağlıq olduğu üçün şagirdlər üçün hər gün məktəbə gedib kəndə qayıtmaq əlverişli deyil. Belə vəziyyətdə yuxarı sinif oğlan uşaqları Xınalıqdakı məktəbdə gecələyir və sadəcə həftəsonları ailələrinin yanına qayıdırlar. Qızlar üçün isə vəziyyət mürəkkəbdir: Qadın müəllim olmadığına görə, ailələr qızların gecələri məktəbdə keçirməsinə razı deyil. Bu halda qızlar təhsildən geri düşməmək üçün dərs günlərində uzun bir yolu gedib evə qayıtmalı olurlar.
Daha yaxşı şərait və imkanlar üçün ailələr şəhər və qəsəbələrə köçdükdən sonra tərk edilmiş evləri qəzalı vəziyyətə düşür.
X sinif şagirdi Aytac Abdullayeva məktəbə getmək üçün atasının onu Əlikdən Xınalığa aparmasını gözləyir. Oğlanlar məktəbdə gecələyə bilsələr də, qızlar dərslərdə iştirak etmək üçün hər gün bu yolu gedib-gəlməli olurlar.
VI sinif şagirdi Elçin Abdullayev məktəbdən evə qayıdır. Əlikdə hələ ki ibtidai məktəb fəaliyyət göstərir, lakin şagird sayının azalması səbəbindən onun bağlanacağı ilə bağlı narahatlıqlar var.
Elçin dərsdən sonra boş vaxtını videooyunlarla keçirir. Sakinlərin miqrasiyası kənddə yaşayan uşaqların da sosiallaşmaq üçün həmyaşıdlarının azalması deməkdir.
Natiq Abdullayev oğlu Elçinə ilk Quran kitabını hədiyyə edir. Bu Quran türkcədir; Natiq Elçinə ərəbcə oxumağı da öyrədəcək. Yeri gəlmişkən, kənddəki məscid də insan azlığından bağlanıb.
Fotoreportaj Chai Khana Fellowship proqramı (Bahar 2024) çərçivəsində hazırlanıb.
Fotoreportaj Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.