müəlliflər
Nurana Novruz
Müəllifin materialları
Xınayaxdı ( və ya Xına mərasimi) dərin mənası olan olduqca gözəl və maraqlı mərasimdir. Xına mərasiminin mənası yeni evlənəcək cütlüyə səadət arzulamaq və xeyir –dua verməkdən ibarətdir. Xınayaxdı Azərbaycanın qədim tarixə malik adət -ənənəsidir. Lakin, bir müddətdir ki, bu adət bir növ “qaranlıq günlərini” yaşayırdl. Son illərdə xına mərasimi daha müasir forma alaraq toy adətlərindən biri kimi qeyd edilməyə başlanmışdır.
Xınayaxtı mərasiminin Dirçəlişi və Müasirləşdirilməsi
Son illər dəb dünyasında keçmişə dönüş yaşanır. 60, 70, 80 və 90-cı illər trendləri, xüsusilə, özünü göstərir. 2016-cı ilin yaz-yay aylarında isə daha çox 90-cı illər havasını hiss etmək mümkündür.
90-cı illər Dəbinə Qayıdış
Redaktor qeydi: “Hal -hazırda, biz bir zamanlar nifrət etdiyimiz, geyinməkdən imtina etdiyimiz və hətta unutmaq istədiyimiz 90-cı illər modasının “bum”unu - gözlənilməz uğurunu- yaşayırıq. “90-cı illər modası deyiləndə ağlımıza qara rəng, dəri paltolar, (əsasən süni dəri) klassik ayaqqabı ilə idman formasının sintezi, üzərində “Titanik” yazısı olan köynəklər, platforma ayaqqabılar, həcimli saçlar, bizə dəlilik kimi gələn parıltılı idman gödəkçələri və “Kobra” ətri gəlir. Müharibə yeni qurtarmışdı və Dağlıq Qadarbağdan məcburi köçkünlər paytaxta gəlmişdi, iqtisadi böhran və müstəqillik üçün mübarizə- olduqca qarışıq bir zaman idi. Lakin, qorxu və insanların təşvişinə baxmayaraq, Bakının mərkəzində bir qrup gənc incəsənət və modaya maraq göstərməyə başladı. Onlar öz incəsənət istedadlarını geyim tərzlərinin seçimində istifadə etməyə başladı və digər gəncləri də zövqlə geyinməyə çağırdılar.