Dünyada 190 minə yaxın insan - Azərbaycan və Əfqanıstandan Mərkəzi Asiyaya, Şimali Hindistana qədər Novruz bayramını qeyd edir. Bu, 3000 il əvvəl başlayan qədim bir Zərdüştlük ənənəsidir.s
müəlliflər
Leila Noroozi
Müəllifin materialları
Novruz - 3000 il sonra
Dünyada 190 minə yaxın insan Əfqanıstan və Azərbaycandan Mərkəzi Asiyaya, Şimali Hindistana qədər Novruz bayramını qeyd edir. Bu bayramı 3000 il əvvəl Zərdüştlər qeyd edərdilər. Ona görə də Novruz Xristian və ya İslam dininin bayramı hesab edilmir. Novruz fars dilində “Yeni Gün” mənasını verir. Bayram köhnə ilin sonuncu və yeni ilin ilk günündə qeyd edilir. Bu, gecə və gündüzün bərabərləşdiyi gün olduğu üçün Yaz fəslinin gəldiyini tərənnüm edir. Sovet dövründə Novruz bayramı Sovet İttifaqı ölkələrində qadağan edilmişdir, lakin buna baxmayaraq, insanlar bayramı gizlin şəkildə evlərində qeyd edirdilər. Belə ki, bu ənənə bir çox illər ərzində qorunub saxlanılıb. Novruz bayramı 2010-cu ildə BMT tərəfindən beynəlxalq bayram kimi tanınıb. Bizim hekayə Azərbaycanlıların Azərbaycanda, Gürcüstanda və İranda Novruz bayramını necə qeyd etdiklərini göstərəcəyik. Karsda, Türkiyədə yaşayan etnik azərbaycanlıların da Novruz bayramını göstərmək istərdik, lakin Türkiyədə baş verən son hadisələrə görə, insanlar bayramı qeyd etməyiblər.
Üç Min İl Sonra
Bu hünərli və sənətkar ailə ilə söhbət üçün iş yerlərinə gedirəm. Axşam saat beşdir, yeməklərin qoxusu gəlir. Deyirlər ki, bu saata gədər qonaqları var imiş və onlarla xalça barədə danışıblar. Otaqların birində toxucular işləyir. Başqa bir otaq isə qonaqlar üçün nəzərdə tutulub. Burada xalçalar və toxumaq üçün dəzgah var.