26.11.2020 - 04.12.2020

Avropa Sosial Sənədli Film Təşəbbüsü Gürcüstanda

online

ESoDoc – Avropa Sosial Sənədli Film Təşəbbüsü öz sənədli film və media layihələrini təkmilləşdirmək istəyən media mütəxəssisləri üçün ZeLIG - İtaliyanın Bolzano şəhərində yerləşən Sənədli Filmlər, Televiziya və Yeni Media Məktəbinin yaratdığı təlim təşəbbüsüdür.

ESoDoc hər il 3 ev sahibi ölkədə təşkil edilən 3 mərhələli proqramdır. Tarixində ilk dəfə ESoDoc Gürcüstanla əməkdaşlıq çərçivəsində keçiriləcək. Hazırkı vəziyyətə görə bu il proqram onlayn formatda təşkil olunacaq.

ESoDoc – Avropa Sosial Sənədli Film Təşəbbüsü Gürcüstanda GNFC, Fritt Ord Fondu və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin əməkdaşlığı ilə Chai Khana tərəfindən təşkil olunur.

ESoDoc Gürcüstanda Noyabrın 26-dan Dekabrın 4-ə qədər baş tutacaq və mühazirələr, təlimlər, nümayişlər, və pitçinqdən ibarət olacaq. Proqramda sessiyaların ətraflı siyahısı və cədvəli ilə tanış ola bilərsiniz.

İştirak ödənişsizdir, amma öncədən aşağıdakı linkdən qeydiyyatdan keçməlisiniz:

https://form.jotform.com/203226520181948

Açıq mühazirələr proqramı ilə yanaşı, ESoDoc Gürcüstanda həmçinin iki təlim proqramı keçirəcək. May ayından başlayaraq, öz layihəsi üzərində çalışan ESoDoc 2020 iştirakçıları dörd gürcüstanlı iştirakçının da qoşulması ilə ESoDocun üçüncü pitçinq sessiyasında iştirak edəcəklər. Müsabiqə yolu ilə seçiləcək səkkiz gürcüstanlı kinorejissor İmpact təlim proqramında iştirak edəcək. Seçilmiş iştirakçıların adları Noyabrın 23-ü açıqlanacaq.