KINOLAB 2021-2022

deadline
Bazar ertəsi, 24 Yanvar 2022

Gün

Saat

dəqiqə

Saniyə
Submission ended

​KinoLab Azərbaycanın dörd bir yanından sosial mövzulu sənədli film layihələri üzərində çalışan rejissorlara dəstək olur.

Təlim proqramı bir çox beynəlxalq mükafatların laureatı olan rejissor, kurator, və təcrübəli təlimçi Nino Orconikidzenin rəhbərliyi ilə keçiriləcək. Onun mentorluğu ilə yanaşı qonaq məruzələri, montaj və pitçinq təlimləri layihənizin təkmilləşməsində sizə kömək olacaq. Proqramın son mərhələsində iştirakçıların hər biri jüri qarşısında öz layihəsinin pitçinqini keçirmək şansı əldə edəcək.​

 


- İdeyanızı yetkin bir film layihəsinə çevirmək üçün baş təlimçi Nino Orconikidzenin mentorluğu və tanınmış film ustalarının mühazirələri

- Film istehsalının əsasları və pitçinq təlimləri üzərində cəmlənən 3 həftə davam edəcək təlimlər.

- Ruhlandırıcı mühitdə təcrübəli təlimçilərlə birgə işləmə imkanı

- Şəbəkələşmə üçün platforma

- Seçilmiş hər bir layihəyə 250 USD məbləğində iştirakçı ödənişi

- Pitçinqin qalibi layihəsinin gələcək inkişafına dəstək məqsədilə 1000 USD (iki fərqli layihə qalib olarsa, bu məbləğ yarıya bölünəcək) həcmində pul mükafatı alacaqdır.