Aygül Salehova
Müəllifin materialları
Azərbaycanda keid və normallıq ideyası tez-tez dəyişib. SSRİ dağılandan bəri keid dvr normaya evrilib.
Normaldan normala keçid
2012-ci ildə rəfiqəmlə Bakıda küçə teatrı qurmaq barədə planlarımızı bölüşərkən fərqinə vardıq ki, ikimiz də oxşar xəyallar qururuq. İkimiz də Bakının müxtəlif künclərində rəngarəng tamaşa və səhnəciklər təsəvvür edirik və elə bunun yaradıcısı da özümüz olmalıyıq. Biz özümüzü ən pis qorxularımızla üzləşməyə hazırladıq: heç kim bizə dəstək olmayacaq, heç kim bizə kömək etməyə könüllülük etməyəcək və hətta bir qrup yığmağa nail olsaq belə, polis bizi çıxışın ortasında saxlaya bilər, ya da yerli sakinlər üstümüzə pomidor ata və ya bizi qovmağa cəhd edə bilərlər.