20 ilə yaxındır ki, Abşeron sakinləri dənizə çıxış hüququndan məhrum ediliblər: qanunsuz tikilmiş hasarlar, villalar, müxtəlif obyektlər uzun illər çimərliklərə gedən yolu zəbt edib, beləcə, yerli əhalinin dəniz sahillərindən azad şəkildə istifadəsinin qarşısını alıb. Lakin 2022-ci ildə Buzovna qəsəbə sakinləri bu gedişatla razılaşmayıb, dəniz sahillərinə yenidən qovuşmaq üçün fəaliyyətə başladılar. Onların əldə etdiyi nadir qələbə Abşeronda digər sahil kənd və qəsəbələri üçün ümid yerinə çevrildi.
müəlliflər
Azad Əlizadə
Azad Əlizadə Türkiyədə Akdeniz Universitetinin Radio Televiziya və Kino fakültəsindən məzundur. O, 2019-cu ildən etibarən VarYox platformasında layihə meneceri kimi fəaliyyət göstərir. Bundan əlavə, mədəniyyət və sosial mövzularda video-kontentlərin ərsəyə gəlməsində quruluşçu operator və rejissor qismində işləyib.