müəlliflər
Nazakat Zeynalli
Müəllifin materialları
A.S. (şərti ad) hepatit C-yə yoluxduğunu 3 il əvvəl öyrənir. 80 kiloqram çəkisi olan xəstədə birdən-birə iştahsızlıq, qusma, oynaq və əzələlərdə ağrılar, ayaqlarda şişmə, çəkinin azalması, ətdən iyrənmə kimi hallar başlayır. Həkimlər uzun müalicələr aparırlar, mədəni yoxlayırlar, xəstəyə nevroloji müalicə, vitaminlər təyin edirlər, lakin aparılan müalicələr heç bir effekt vermir. A.S-nin çəkisi azalmağa, halı pisləşməyə davam edir. Bir həkimin məsləhəti ilə A.S. Bakıda Hepatit C analizi verir və müsbət cavab alır. İrana müalicəyə gedən xəstə orada həkimin növbəsinə yazılan 5502 azərbaycanlı xəstə olduğunu söyləyir.