Queer XRONİKALARI

Untitled Gallery Tbilisi, Salaam Cinema, Gürcüstan Goethe-İnstitutu
01.03.2021

Queer XRONİKALARI

LGBTQİA+ icmalarında gündəlik məkan quruculuğu və gündəlik arxivləşdirmə haqqında praktiki təlim.
 
Untitled Gallery Tbilisi, Salaam Cinema, və Gürcüstan Goethe-İnstitutu qadın təşəbbüslərinə dəstək qrupunun (QTDQ) əməkdaşlığı ilə sizi Berlin Şəhər Əlaqələri üzrə POLIGONAL Ofisinin kuratorluğu və nəzarəti altında baş tutacaq “Queer Xronikaları” təliminə dəvət edir. Onlar bizim şəhərlərdə birgə yaşayışımız haqqında müşahidələrimizə, düşüncələrimizə, və təcrübələrimizə yeni yanaşmalar təklif edir və alternativ şəhər gələcəklərinə dair müzakirələrə təkan verirlər. Təlim Salaam Cinema-nın təşkilatçılığı ilə artıq ikinci dəfə baş tutacaq İn-Visible film festivalı çərçivəsində keçiriləcək.
 

Bu 4 günlük təlimdə bizim məqsədimiz iştirakçıların ictimai məkandakı gündəlik queertəcrübələrini, xatirələrini, və qarşılaşmalarını - həm çətinlik, həm də sevinclə dolu məqamları - açıq şəkildə bəyan edib, müzakirəyə qoya bilməsi üçün fərqli formatlar təklif edən təhlükəsiz məkan - müvəqqəti platforma yaratmaqdır.

Bu queer təcrübələri görünürləşdirmək məqsədilə təlimin hasilatını öz intuitiv biliklərini, öz təcrübələrini və şəxsi bacarıqlarını istifadə edərək məkanların çoxformatlı portretlərini və onların daxilində cərəyan edən queer narrativləri inşa edən iştirakçıların özlərinin konseptləşdirdiyi və reallaşdırdığı video, səs yazıları, rəsm, və ya queerliyin yazılı ifadələrindən ibarət məcmuə təşkil edəcək.
Bu fərqli format və hasilatlar “Ortaq Məkanın Queerləşdirilməsi” arxivinə yüklənəcək. Beləliklə, iştirakçıların hekayə və təcrübələri (anonim) görünürlük qazanaraq, öz yaşamını davam etdirəcək və başqalarına ilham və güc mənbəyi kimi xidmət edəcək.

Təlim Gürcüstan Goethe-İnstitutda baş tutacaq nümayişlərdən ibarət film proqramı ilə müşayiət olunacaq. Təlimin sonunda 4 layihə Salaam Cinema və Untitled Gallery-də nümayiş üçün seçiləcək. Seçilmiş layihələrin sərgisini QTDQ maliyyələşdirəcək.

 

KİM İŞTİRAK EDƏ BİLƏR?


Gürcüstan və Azərbaycandan olan, və mövzu ilə maraqlanan sənətçilər, aktivistlər, və hər kəs.
Təlimdə iştirak etmək üçün zəhmət olmasa aşağıdakı formu doldurun.
On nəfər Gürcüstandan və on nəfər Azərbaycandan təlimdə iştirak etmək üçün seçiləcək.


Müraciət üçün son tarix: 09:00 / 01.03.2021
Təlimin tarixi: 10.03.2021-13.03.2021
Məkan: Onlayn, zoom vasitəsilə


Müraciət forması

Ətraflı məlumatı bu keçiddən ala bilərsiniz: https://www.facebook.com/events/1885732551579610