Oxuduğunuz məqalə Chai Khana arxivinin bir hissəsidir. 2015–2025-ci illər arasında Chai Khana Cənubi Qafqaz ölkələrindən - Gürcüstan, Ermənistan və Azərbaycandan hekayələr paylaşıb.
Hava soyuq, şaxtalı və çiskinli idi. Kandovana gədən yol qalın qar örtüyünə bürünmüşdü, maşınlar güclə hərəkət etdiyindən bu gözəl mənzərdən həzz almaq mümkün deyildi.
Culfadan olan taksi sürücüsü qadın ( Azərbaycanın Naxçıvanla sərhədi) dünyanın ən son mağara kəndinə gedirdi. Lakin, birdən tanımadığımız bir yerdə maşını saxladı və bildirdi ki, burdan o tərəfə gedən deyil. Kandovana 5 km dən az yol qalmışdı , lakin bu şaxtalı havada ora bizə başqa planet kimi gəlirdi. Yanımızdan keçən daha böyük maşın yolda saxladı və bizi də özü ilə apardı. Beləliklə biz xilas olduq.
Kəndi duman bürümüşdü və heç bir şey görünmürdü. Lakin açıq havada aydın görünür ki, 600 kəndlinin yaşadığı bu kəntdə yaşayış yerləri vulkanık daşlardan oyulmuş mağara evlərdir.
Uzaqdan kənd nəhəng termit yuvalarına bənzəyir. İranın şimal şərqində yerləşən Kandovan insanların yaşadığı son mağara evləri sayılır. Bu kəndin 700 il bundan əvvəl monqol istilalarından qaçan insanlar tərəfindən salındığı güman edilir.
Bu gün hardasa 100 ailə bu evlərdə yaşayır, lakin yerli insanlar bununçox davam etməyəcəyini deyir. Bu rəqəm azalır və turizmin sürətlənməsi ilə əlaqədar yerli insanlar burdakı əhalinin burdan gedəcəyindən və evlərin otellərə çevriləcəyindən narahatdır.