Ürək boydan daha vacibdir

Müəlli̇f: Khalid Zeynalov, Sabina Guliyeva

31.07.17
Buraxılış: Tabular / Stiqmalar

Otuz doqquz yaşlı aktyor Riad Sultanovun boyu balaca olsa da düşüncələri böyükdür. Sultanovun uşaqlıqdan yalnız bir arzusu vardı: “Hər kəsə, hər şeyin öhdəsindən gələ biləcəyimi sübüt etmək”.

Bu göründüyu kimi asan olmadı. Bir çox yerlərdə olduğu kimi, Azərbaycanda da boyu balaca insanlar ayrıseçkiliklə üzləşir. Onların maraqlarını qorumaq üçün heç bir qanun və ya dəstək qrupu yoxdur.

“Həmişə insanlardan müxtəlif reaksiyalar görürəm”, Sultanov deyir. Onun boyu 1.34 metrdir. (4'4 ) «Bəziləri mənə yaxınlaşıb əlimi sıxmaq istəyir, bəziləri isə mənə yadplanetli kimi baxır. Onlar utanmır. Başa düşmürlər ki, bu bizi incidə bilər…”

Buna baxmayaraq Sultanovu heç nə yolundan döndərə bilmir. 

Bir müddət uğurluzluq yaşadıqdan sonra, o, uşaq tamaşalarında iştirak edir və televiziya aktyoru kimi fəaliyyət göstərməyə başlayır. O, başqalarını təqlid edir. Sultanov ilk dəfə 2013-2014-cü illərdə Fransada məhşur şou “Fort Boyard” –in ATV kanalında efirə gedən versiyasında Passe-Partrout xarakterini canlandırır.  Daha sonra o, yeni il üçün çəkilən “Otel X” televiziya komediyasında oynayır.

“Mən çox həyəcanlıydım. Əvvələr heç vaxt canlı efirdə olmamışdım. Lakin hər şey çox yaxşı oldu”. Hal –hazırda Sultanov yeni TV komediyasınin çəkilişlərində iştirak edir.  O, həmçinin bədii filmlərdə rol almaq və televiziya aparıcısı olmaq istəyir.

“Mən başqaları kimi ölkəni tərk edib, Türkiyə və ya Rusiyada müvəffəqiyyət qazanmaq istəmirəm. Burada vacib işlər görmək istəyirəm.”

Ömrü boyu bu düşüncə ona güc verib.

Məktəbdə oxuyanda xəstəliyi onu idman və hərbi hazırlıq dərslərindən azad etsə də, o, istənilən halda dərslərə gedir və hər kəsə sinif yoldaşlarından geri qalmadığını göstərməyə çalışırdı.

O, məktəbi bitirəndə Sovetlər Birliyi yeni dağılımışdı və universiteti bitirənlər üçün iş tapılmırdı. Riad universitetə getmir və zərgərlik fabrikində işə düzəlir. Lakin, Türkiyədən idxal edilən mallarla rəqabətə tab gətirməyən fabrik tezliklə bağlanır.

Daha sonra, Riad atasının Bakıdakı binaların birinin içində tikdiyi oyun salonunu  işlətməyə başlayır. Oraya bilyard stolu alır və kompyuterlər yerləşdirir. O, pul qazanmağa başlayır. “Nahara 100 dollar qazanıdrım. Daha sonra hər şeyi satıb internet kafe açdım, lakin bu işim iflasa uğradı”, o xatırlayır.

Bundan sonra, Riad maşın salonunda müştərilərin qeydiyyatı işinə düzəlir, bununla yanaşı pul qazana biləcəyi istənilən fəaliyyətlə məşqul olur ki buna qaşıqların üzərinə naxışlar vurmaq da daxildir.

Şans yenidən onun üzünə gülür və o, gələcək həyat yoldaşı Ülkər ilə qarşılaşır.

“Ülkər ilə evlənəcəyimə heç vaxt inanmazdım… Onun telefon nömrəsini aldım, biz yazışmağa başladıq, lakin mən ona öz hisslərimi deməyə cürət etmirdim. Sonunda mən cəsarətimi toplayıb bunu etdim və bir neçə ay sonra biz evləndik.”

Lakin onların evlənməyi heç də hamının ürəyincə olmur. Riadın evlənəcəyini gözləməyən iki qardaşı onun evliliyinə etiraz edir. Ülkərin ailəsi isə onlarla əlaqəni kəsir.

Lakin heç nə xanım Sultanovanı fikrindən daşındıra bilmir. Ərinin boyu haqqında danışanda deyir ki, “onun boyu məni utandırmırdı, utandırmır və utandırmayacaq”.  Bəzən isə onunla zarafat edir ki, əgər boyun uzansa səndən boşayacam.

“Mən onu belə sevmişəm və həmişə sevəcəm,” o, deyir.

Keçən il onların ailəsi olduqca çətin sınaqdan keçir, belə ki, onların üç yaşlı oğlu Tahir vəfat edir.

“Ən vacib şey insanlığı itirməmək və Allahın verdiyi sağlamlığı qorumaqdır”, Riad deyir.

 


Interview: Sabina Guliyeva ; Edited by Elizabeth Owen

Photo: Khalid Zeynalov

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin