Azərbaycan: Qadının Çılpaqlıq Hüququ

Müəlli̇f: Sultana Əhmədbəyli

30.11.17

Bütün dövrlərdə və mədəniyyətlərdə insan bədəni fikir və dəyərlər anbarı olaraq görülür.

O gözəlliyin ilahiliyini ifadə edib, iman və məhsuldarlıq anlayışlarını tamamlayıb, fövqəltəbiiliyi təcəssüm etdirib.

İnsan bədəni təsəvvürü araşdırılıb, təhsil və əyləncə məqsədləri üçün istifadə edilib.

Eyni zamanda bu, rəssamlar üçün sosial və siyasi baxışları əks etdirən ağ səhifə olub və  qadın bədəninin cəmiyyət tərəfindən zorakı təsəvvürünü  tənqid edib.

Sultana Əhmədbəyli özünün Por que (Niyə?) adlı layihəsində gənc qadınların qarşılaşdığı patriarxal davranışlara öz tənqidi baxışını vurğulayır.

Burada öz azadlığı, həyatda özünü təsdiqləyə bilmək imkanı və cəmiyyətdə özü üçün daha ədalətli yer axtaran gənc qadınlar təsvir olunurlar.

İctimai mühiti kişilər idarə edir.

Əhmədbəyli kişini sahib kimi, ictimai məkanın hökmdarı kimi göstərir.

İçəridə isə qadın özünü bütün gücü və əsas qüvvəsi ilə ifadə edir . Çılpaqlıq azadlığın simvoluna çevrilir. Xarici təzyiqlərə baxmayaraq daxili həyat sığınacaq olur. Məhz burada bəzi qadınlar inkişaf etmək üçün ləng də olsa bir imkan əldə edirlər. 

Əhmədbəyli öz fotoşəkilləri ilə diqqəti çəkir; seçilmiş işıq və kölgələr ilə incə qadın cizgiləri, hamar dərilərin toxunma hissi sənətkarın fərqli qadın perspektivini aydınladır.

 "Por-que" (Niyə?) sənətkarın gündəlik üzə çıxan sosial həqiqətin əksinə olaraq, gender mövzusunda öz mövqeyini ortaya qoyarkən verdiyi sualdır.

 


Foto layihənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi Chai Khana mövqeyi ilə üst üstə düşməyə bilər. 

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin