Sevgistan: Bakıda sevgiyə yer yoxdu

Müəlli̇f:

17.03.18
Buraxılış: Məkan

Sevgi və hisslərin ictimai yerdə nümayiş etdirilməsi Azərbaycan cəmiyyətində xoş qarşılanmır.  Əhalisinin əksəriyyətinin müsəlman olduğu bu dünyəvi ölkədə ənənələr ictimai qaydaları formalaşdırır. İctimai yerlərdə qucaqlaşan və opüşən gənc cütlüklər yaşlı nəslin nümayəndələrinin qınağı və sərt baxışları ilə üzləşir. Qonşu, qohum, tanış, hətta sinif yoldaşları da özündə qarşı tərəfi ittiham etmək cəsarəti tapır. Belə olduqda, yazılmayan qanunlara görə, gənclər ancaq evləndikdən sonra öz evlərində birlikdə vaxt keçirə bilər.

Fotoqraf Ehtiram Cəbi, sevgi və ya sevgisizliyin Azərbaycanın paytaxtı Bakını necə formalaşdırdığını göstərməyə çalışıb.

Bakı sakini Cəbinin qəhrəmanları birlikdə vaxt keçirmək üçün yer tapmağa çalışan gənc cütlükləridir. Oğlan və qızlar, gənc kişi və qadınlar bu məkanlarda ehtiyatla gəzirlər, bu yerlərdə onlar qınaqdan qaçır və sevgini hiss edə bilir.

 

Sevgistanda cütlüklər heç kimin onları görməyəcəyi yer axtarır.
Sevgistanda ehtiras ancaq divarda çəkilmiş qraffiti rəsmi qədər ictimai ola bilər.
Sevgistanda yaşamaq kiminsə səni görəcəyindən ehtiyat edərək yaşamaq deməkdir.
Sevgistanda insanlar qonşudan qorxur.
Sevgistanda cütlüklər hər zaman gözdən uzaq yer axtarışındadır.
Sevgistan daim kimsə tərəfindən izlənmək deməkdir.
Sevgistanda cütlüklər saat axşam 9-dan gec görüşə bilməz
Sevgistanda axşamlar skamyalar boş olur.
Sevgistan gizli dəniz kənarında görüşmək deməkdir.
Sevgistan ictimai qınaqdan qorxmaqdır
Sevgistan tənha küçələrdə yad baxışlardan uzaq gəzmək deməkdir.
Sevgistan həmişə soyuq olan yatağa uzanmaq deməkdir.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin