Azərbaycanın kişi və qadın salonları

Müəlli̇f: Sitarə İbrahimbəyli

30.03.18
Buraxılış: Məkan

Gözəllik salonları və bərbərxanalar Azərbaycanlıların ən çox getdiyi yerlərdən biridir. Bu salonlar şəhərlərdən tutmuş kəndlərə qədər ölkənin hər yerində var. Onlar kiçik bir otaqlardan, parlaq boyuk məkanlara qədər dəyişdiyi kimi, orada göstərilən xidmətlər də müxtəlifdi -  manükür xidməti, saç kəsimi, həmçinin burada çay masası arxasında söhbətlər hətta siyası müzakirələr də ola bilər.

Əsasən patriarxal cəmiyyət olan Azərbaycanda qadın və kişilərin salonları ayrıdır. Yazılmamış qanunlara görə, hər cinsin özünün ayrı məkanı olmalıdır. Lakin, zaman keçdikcə Ülviyyə Rzayeva kimi saç ustaları bu normaları dəyişməyə çalışır.

28 yaşındakı xanım 5 ildir ki Bakının mərkəzində salonda işləyir və kişi müştərilərə də xidmət göstərir. Kişilər, əsasən, döymələri sildirmək və saç kəsdirmək üçün müracət edir.

Paytaxtın mərkəzdən kənar yerlərində isə salonlar kişi və qadınlara ayrılıqda xidmət göstərir.

 

 

Bakının Yasamal rayonundakı kiçik bərbərxana qarşısında dayanan gənc oğlan.
“Qarışıq salonlar qəbuledilməzdir”. “Kişilər qısqancdır və qadınlar yad kişinin yanında özünü rahat hiss edə bilmirlər. Şəxsən mənim üçün hansına getməyin fərqi yoxdur”, Bakı sakini xanım deyir.
Qadın salonda saçları uzatmaq üçün suni saçlar nümayiş etdirilir
Bakının mərkəzində yerləşən salonda qadınlarla yanaşı kişilərə də xidmət göstərilir.
Bakının mərkəzindəki Axundov Bağındakı salon. Müştəriləri gözləyən kosmetoloq virtual ünsiyyət üçün telefonun yandırır.
Bakıdan kənarda yerləşən kişi salonunda pişik ətrafa baxır.
Mərkəzdən kənarda yerləşən Nailə adlı bu salonda reklam posterində gəlin şəkli var. Çox vaxt bu obraz Azərbaycan qadının həyatının əsas vəzifəsi sayılır. Burada saç kəsimindən, gəlinlərin paltar biçiminə qədər müxtəlif xidmətlər göstərilir.
Qadınlarların sevdiyi hesab olunan rəngə boyanan binada yerləşən bu qadın salonu təcrübəli saç ustası axtarıldığı barəbə elan yerləşdirib.
28 yaşlı Ulviyyə Rzayeva 5 ildir ki kişi və qadınların birlikdə xidmət ala biləcəkləri salonun sahibidir. Bu kişi müştərilərin normal qarşılandığı azsaylı qadın salonlarından biridir.
Ulviyyə Rzayeva Bakının Axundov Bağı ərazisində yerləşən salonun sahibidir. 28 yaşlı xanımın müşahidələrinə görə, Bakının mərkəzində qarışıq salonlar getdikcə çoxalır.
Saç ustası Ayan fasilə zamanı əl işləri ilə məşğuldur.
“Mən heç vaxt salonların ayrı olduğu haqqında düşünməmişəm”, Bakının Yasamal rayonunda bir otaqdan ibarət salonda işləyən 25 yaşlı Lazim deyir. “Mənim heç vaxt qadın müştərim olmayıb. Məncə qadın və kişinin eyni salonda olması bizim mentalitetimizə uyğun deyil.
Salonun yolunu göstərmək üçün Jenefer Lopezin şəkli olan poster yapışdırılıb.
Bakı ətrafı ərazidə kişi salonu.
Bakının mərkəzində, Nizami küçəsində kişilərə xidmət göstərən salon. Posterdə rus dilində “Kişilər üçün hər şeyin ən yaxşısı” yazılıb.
Yasamal rayonunda yerləşən salonun bərbəri dəbdə olan kişi saç modellərini nümayiş etdirir.
Bakının Yasamal rayonunda yerləşən və əsasən Dağlıq Qarabağdan qaçqın düşənlərin məskunlaşdığı bu ərazidə fəaliyət göstərən salonun bərbərinin eşitmə qusuru var və müştərilər ilə əl işarələri ilə ünsiyyət qurur.
Nizami küçəsində yerləşən bu salonda Prezident İlham Əliyevin obrazı moda şoularının yayımına mane olur.
Nizami küçəsində kişi salonu
Bir neçə il əvvəl Azərbaycanın onlayn nəşirlərindən biri DAY.AZ salonlarda gigiyenik normaların salona görə dəyişdiyini yazmışdı. Məsələn, hər müştəriyə ayrı önlüyün verilməsi lazımsız dəbdəbə sayılırmış.
Salonların hamısında çay verilir. Bərbər və saç ustaları həm özləri çay içməyə vaxt tapır, həm də müştərilərə çay təklif edir.
Bakının Qara Qarayev metrosunun yaxınlığında yerləşən salonda işləyən bərbər Samir reklam üçün onlayn mediadan istifadə edir.

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin