17 Yaşında Gəlin

Müəlli̇f: , Sitarə İbrahimbəyli

23.08.18
Buraxılış: Dini inanclar
Təranə tələb olunan nikah yaşına, yəni 18 yaşına çatana kimi evliliyi rəsmiləşdirilməyəcək.
Kənddə toya hazırlıq gedir.
Toy günün səhəridir, ailə üzvləri, qohumlar qız evinə yığışıblar, süfrə qurulub.
Təranə ər evinə aparacağı cehizini hazırlayır.
Gəlinin cehizinə həm dəbdəbəli, həm də sadə, gündəlik ehtiyacları ödəmək üçün lazım olan əşyalar daxil edilib.
Təranə qohum qızlarla şəkil çəkdirir.
Azərbaycanda qızlari evləndirərkən əsasən “vermək” sözündən istifadə edirlər. Analar “verdikləri” qızlarını artıq ailə üzvü saymırlar.
Kişilərdən ibarət musiqi qrupu Təranənin tikintisi yarımçıq ata evinə dəvət edilib. Qız atası deyir ki, kiçik oğlunu da ailə sahibi edəndən sonra missiyasını tamamlamış hesab edəcək və rahatlıq tapacaq.
Təranə ərindən boşansa, yaxud ərinə nəsə olsa, valideynləri nə edər? Bu sualı eşidən kimi evdəki qadınlar fotoqrafa yalvar-yaxar etdilər ki, bu sözü heç işlətməsin ki, belə də olmasın.
Ənənəvi musiqi sədaları altında rəfiqəsi taxta pilləkəndən Təranəyə düşməyə kömək edir. Rəfiqəsi Təranəni oğlan evinə qədər müşayiət edəcək.
Təranə ata evini tərk etməyə və yeni ailəsinə qoşulmağa hazırlaşır. Maddi imkanı az olan ailələr üçün qızı ərə vermək həm də ona görə vacibdir ki, ailə yükdən bir qədər azad olur.
Dini kəbin kəsdirmə mərasimi olmasa da, gənclər Quran altından keçirildilər. Quranın altından keçmək yerli camaat üçün simvolik bir əhəmiyyət daşıyır, bir növ nikaha legitimlik qazandırır.
Təranənin əri 21 yaşındadır. O, Təranənin atasının iş ortağının oğludur. Cütlük ilk dəfə toydan bir neçə gün qabaq görüşüb tanış olublar.
Təranə hələ təzəcə tanıdığı gələcək əri ilə birlikdə çox utancaq və narahat görünürdü.
Təranə 10 yaşından etibarən təhsilini yarımçıq qoyub. Atası deyir ki, özü və həyat yoldaşı işlədikləri üçün Təranəni təkbaşına hər gün məktəbə göndərə bilməzdilər. “Camaat nə deyər” fikrinin hakim olduğu cəmiyyətdə ailələr, xüsusən də atalar və qardaşlar qızlar üzərində nəzarət qurmaqla öz ləyaqətlərini qorumuş hesab edilirlər.
Təranənin toyundan bir gün əvvəl ənənəvi xınayaxdı mərasimi keçirildi, qızlar evə toplaşıb əllərinə xına çəkdilər. Gəlinin əmisiqızı onu mərasimə hazırlaşdırır. O da Təranə kimi nişanlıdır və 16 yaşında ailə quracaq.
Qadınlar gəlinin evində təşkil olunan xına mərasimində qırmızı yaylıq üzərinə düyü səpirlər. Düyü ilə bağlı adət-ənənələr Azərbaycanda məhsuldarlığın simvoludur.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin