Covid-19 dövründə küçə fotoqrafiyası

Müəlli̇f: Emin Mathers

03.05.20
Buraxılış: Təcrid


Martın 24-dən bəri Azərbaycan xüsusi rejimdə yaşayır - hökumət koronavirusun yayılmasını yavaşlatmaq insanların ictimai yerlərdə hərəkətini ciddi şəkildə məhdudlaşdırıb.

Bir neçə həftədir ki, paytaxt sakinləri əsasən evlərdə sıxışıb qalıblar. İnsanlar sadəcə bazar və ya aptek kimi vacib yerlərə getmək üçün evdən çıxa bilərlər, bunun üçün də əvvəlcədən icazə almalıdırlar.

Yeni qaydalar Bakının səs-küylü olan mərkəzi küçələrini səssizliyə qərq edib. Fotoqraf Emin Mathers ərzaq almağa çıxarkən fürsətdən istifadə edib market və ev arasında qarşısına çıxanları fotolarla sənədləşdirib.

Bakının hazırkı boş küçələri. Eyvandan mənzərə.
Bugünlərdə birlikdə gəzən insanlar az gözə dəyir.
Koronavirus infeksiyasının qarşısını almaq üçün taksi sürücüləri üçün də yeni qaydalar tətbiq olunub; taksinin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır.
Ərzaq mağazalarında müştəri gözləyən satıcıların da günü darıxdırıcı keçir.
Əksər böyük marketlərdə ərzaqların evlərə çatdırılma xidməti başlanıb, satıcılar da kuryer işləyirlər.
Səhər saatlarında şəhər mərkəzindəki bina girişləri dezinfeksiya edilir.
Yanğınsöndürən maşınlar və zirehli maşınlar da küçələri dezinfeksiya etmək üçün istifadə olunur.
Tikinti materialları satışında işləyən fəhlə alverin getməməyindən şikayətlənir.
Küçədə “fast food” satanlar təhlükəsizlik üçün pəncərələrinin qarşısında lent çəkiblər. Onlar çatdırılma xidmətləri təklif etməklə işlərini davam etdirirlər.
“Takeaway” qəhvə kafelərin yeganə xidmətinə çevrilib.
İlin bu vaxtında adətən turistlərin çox olduğu İçərişəhər küçələrinin sükutu bəzən çölə çıxan sakinlərin nadir gəzintiləri ilə pozulur.
Bəzən içərişəhərlilər məmnun görünürlər, amma söhbətləşdiyim hər kəs turistlərin azlığından şikayətlənirdi. Kiçik bir mağazanın sahibi Yusif deyir ki, indi gəlirsiz qalıb. “Başqa bir işimiz yoxdur. Əvvəl turistləri yerli bələdçi kimi gəzdirib bir şey qazandıq".
Boş qalan küçələr abadlaşdırma işlərini asanlaşdırıb.
A.H. Kazımov adına 1 saylı şəhər klinikasının işçisi. Qapıdakı elanda deyilir: "Yüksək temperaturu olan xəstələrin klinikaya gəlməsi qadağandır! Yüksək qızdırması olanlar verilən nömrəyə zəng edib evə həkim çağırmalıdırlar".
“Karantinə görə bağlıdır”. Suvenir dükanı Məşədi İbad kuklasına da maska taxıb.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin